De Byazi millidən getməsi üçün AFFA-dan YARIM MİLYON İSTƏYİR

11 Sentyabr 2021 20:00 Milli komanda 1 445
De Byazi millidən getməsi üçün AFFA-dan YARIM MİLYON İSTƏYİR

Azərbaycan millisinin DÇ-2022-də iştirak etməyəcəyi rəsmiləşib.

Canni de Byazinin komandası artıq indidən turnirə qatılmaq xəyalı ilə vidalaşıb.

Bu, Avropa zonası üzrə seçmə mərhələnin VI turundan sonra baş verib.

Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamızın möcüzədən asılı olan nəzəri şanslarının üzərindən Serbiya xətt çəkib. Balkanlılar İrlandiya səfərində 1 xal qazanıblar - 1:1.

Bununla da 1 xala malik Azərbaycanla liderlərdən uzaq düşüb. Portuqaliya 13, Serbiya 11 xalla autsayderlər üçün əlçatmazdır.

Bu isə o deməkdir ki, Azərbaycan qalan üç oyununun hamısında qalib gəlsə belə, nəinki 1-ci, heç 2-ci yeri də tuta bilməyəcək.

Avropa zonasında qrup qalibləri Qətər-2022-yə birbaşa vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda Millətlər Liqasından gələcək iki yığma ilə pley-off mərhələlərində 3 yer üçün mübarizə aparacaq.

AFFA indi De Byazi ilə vidalaşmağın yollarını axtarır. İtalyan çalışdırıcı da iş yerini tərk etməyin əleyhinə deyil.

Təbii ki, quru “salam-sağol” qarşılığında deyil. Apenninli seçmə mərhələnin sonunadək nəzərdə tutulan müqaviləsinə qarşılıqlı xitam verilməsi üçün təzminat tələb edir.

Onun özü və köməkçilərinə görə istədiyi məbləğ 500 min avrodur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti