"O, mənə görə narahat idi"

10 Sentyabr 2021 13:40 Milli komanda 515
"O, mənə görə narahat idi"

"Düşünürəm ki, şans hər zaman var. Amma bunun üçün çox işləmək, meydanda bütün gücünü ortaya qoymaq lazımdır.

Bu halda xal və ya xallar qazanmaq olar".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadə yığmanın 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki oyunları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

21 yaşlı hücumçu millinin baş məşqçisi Canni De Byazinin özü ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:

"Onunla elə çox danışmadım. Sadəcə, mətbuat konfransında mənim haqqımda xoş sözlər deyib. De Byazi İrlandiya ilə matçda zədələndikdən sonra necə mübarizə apardığımı, ağrılara baxmayaraq, sürüşmə fəndi etdiyimi gördü.

Komandam hesabda öndə olduğundan sonadək oynamaq lazım idi. Çünki əvəzetmə imkanımız da qalmamışdı.

Buna görə məni tərfiləyib. Deyib ki, bütün futbolçular belə oynamalıdır. Görünür, mübarizəm xoşuna gəlib".

Gənc forvardın sözlərinə görə, italiyalı mütəxəssis daha sonra yenidən onunla əlaqə saxlayıb:

"Vəziyyətimi soruşdu. Mənə görə narahat idi. Komanda üçün lazım futbolçu olduğumu və mənə güvəndiyini bildirdi".

Digər Xəbərlər
Xəbər Lenti