"Buna iddia etmək üçün bir az gecdir"

9 Sentyabr 2021 22:40 Milli komanda 544
"Buna iddia etmək üçün bir az gecdir"

“Dünya çempionatına vəsiqəyə iddia etmək üçün bir az gecdir.

Ancaq biz sona qədər mübarizəmizi davam etdirəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu İrlandiya yığmasının futbolçusu Ceff Hendrik deyib.

29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində sentyabrda keçirdikləri oyunları dəyərləndirib.

Azərbaycan yığması ilə Dublində bərabərə qalan (1:1) irlandların, xüsusən də, Portuqaliyaya qarşı çıxışı (1:2) Hendrikin ürəyincə olub.

O, bu cür performansı davam etdirəcəkləri təqdirdə, növbəti matçlarda qələbə qazanacaqlarına inandığını söyləyib:

“Real yanaşsaq, bundan sonrakı bəzi oyunlarda qələbə qazanmaq bizim üçün çətin olacaq.

Ancaq Portuqaliyaya (1:2) qarşı sərgilədiyimiz oyun ümidimizi artırdı. Həmin oyunu Azərbaycanla səfər matçında da təkrarlamalıyıq. Bakıdakı görüşdə qələbə qazana bilərik”.

İrlandiya yığması qrupda növbəti oyununu oktyabrın 9-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti