Elxan Məmmədov futbolçuları sorğu-suala tutdu, ÇOXLU ŞİKAYƏT EŞİTDİ

9 Sentyabr 2021 19:40 Milli komanda 1 772
Elxan Məmmədov futbolçuları sorğu-suala tutdu, ÇOXLU ŞİKAYƏT EŞİTDİ

Milli DÇ-2022-nin seçmə mərhələsinin son 3 turunda böyük uğursuzluq yaşadı.

Komandamız səfərdə Lüksemburqa 1:2, Bakıda Portuqaliyaya 0:3 hesabı ilə uduzdu.

Yığmamız yalnız Dublində İrlandiya ilə 1:1 etdi və bununla A qrupunda ilk xalını qazandı.

Bu gedişat, təbii ki, AFFA rəhbərliyinin yuxusunu ərşə çəkib. Cannı De Byazinin işindən narazı olan federasiya tənqidlərin altında “əzik-üzük” olub.

İndi istər media, istərsə də sosial şəbəkələr AFFA əleyhinə yazı və statuslarla dolub-daşır.

Düşərgədə nə baş verir? Qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov bütün bunlarla bağlı bəzi aparıcı futbolçularla fikir mübadiləsi aparıb.

O, adını çəkmək istəmədiyimiz bir qrup oyunçu ilə danışaraq, italyan çalışdırıcı, onun işi və kolekktivlə münasibətləri barədə bəzi suallar verib.

AFFA-nın bir nömrəli şəxsi De Byazinin onları ən çox narazı salan xüsusiyyətləri ilə maraqlanıb.

Komanda üzvləri baş məşqçinin keçidyi hazırlıq proseslərinin müasir futbolla ayaqlaşmadığnı bildirməklə yanaşı, nizam-intizamla əlaqəli məsələlərdə ayrı-seçkilik hallarına yol verməsindən danışıb, həmçinin onlara yuxarıdan-aşağı baxmasından şikayətlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu