"Sevindirici məqam odur ki, daha böyükhesablı məğlubiyyət olmadı"

9 Sentyabr 2021 10:40 Milli komanda 634
"Sevindirici məqam odur ki, daha böyükhesablı məğlubiyyət olmadı"

"Portuqaliyadan alınan məğlubiyyət gözlənilən idi.

Rəqib Avropa Çempionu olmuş komandaydı. Sevindirici məqam odur ki, hesab daha da böyük olmadı".

Bunu Sportinfo.az-a açıqlamasında milli komandamızın sabiq hücumçusu Kənan Kərimov deyib.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin Portuqaliyaya 3-0 hesablı məğlubiyyətinin bu qədər təqidlərə yol açması hesabdan çox rəqibin meydandandakı davranışları oldu.

Sanki Santuşun yetirmələri futbolçularımızla məzələnirdi.Kərimov bunu səviyyə fərqi ilə əlaqələndirib:

"Portuqaliya millisinin bizim komanda ilə məzələnirdi deyəndə, səviyyə fərqi, təbii ki, bilinəcəkdi. Rəqib heyətində ulduz futbolçular vardı. Onlar böyük klublarda çıxış edirlər".

Bir vaxtlar "Qarabağ", "Şəmkir", "Turan", "Kəpəz" və "Karvan" kimi klublarda çıxış etmiş veteran hücumçu istək və mübarizənin azlığını dilə gətirib:

"Hardasa istək və mübarizə daha çox olsaydı belə oyun olmazdı. İlk hissədə buraxılan 2 qol bəlkə də həmin əzimkarlığı azaltdı. İlk hissə hesab 0-0 bitsəydi, daha mübariz komanda görə bilərdik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"