O, hələ də inanır ki…

8 Sentyabr 2021 01:30 Milli komanda 822
O, hələ də inanır ki…

Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdəkı çıxışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev turnirlə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Turnirin təşkilatçılığından razı qaldım. Güclü komandalara qarşı oyun oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi.

Hər oyunda qol vurmağı bacardıq. Çatışmayan cəhətlərimizi görmək üçün bu cür rəqiblərlə oyunlar çox vacibdir. Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

Seçmə oyunlar öncəsi bu cür turnirdə çıxış etməyimiz müsbət oldu. Bundan sonrakı oyunlarda daha yaxşı nəticə üçün oynayacağımıza inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı