"Mən sehrbaz deyiləm" - De Byazi

7 Sentyabr 2021 22:50 Milli komanda 1 037
"Mən sehrbaz deyiləm" - De Byazi

"Dünən oyunun asan keçməyəcəyini demişdim. Çox güclü rəqibə qarşı oynayırdıq.Portuqaliya bu görüşdən öncə yoxlama matçı keçirmişdi. Meydanda bizdən daha diri idi. Bu gün texniki fərq də özünü göstərdi".

Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Bakıda Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

İtaliya mütəxəssis bildirib ki, bəzi oyunçuların meydana çıxmaması çətinlik yaratdı: "Mövsümün əvvəlidir. Bəzi futbolçular fiziki baxımdan əziyyət çəkir. Enerji çatmayanda problem yaranır".

65 yaşlı baş məşqçinin sözlərinə görə, addım-addım irəliləmək lazımdır: "İlk növbədə başa düşməliyik ki, qrupun 5-ci komandasıyıq. Əvvəlcə bu mövqedən çıxmalıyıq. Mən sehrbaz deyiləm. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı