"Mən De Byazinin sayəsində baş məşqçi olmamışam"

7 Sentyabr 2021 22:30 Milli komanda 1 487
"Mən De Byazinin sayəsində baş məşqçi olmamışam"

"Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı. Əks halda, hər şey daha fərqli ola bilərdi".

Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Bakıda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis çox yaxşı kollektiv olduqlarını söyləyib: "Oyun bizim üçün uğurlu alındı. Matçın müəyyən hissəsində bəzi şeylər bizim üçün yaxşı getmədi. Bununla belə, düşünülmüş hücumlar qurub, qollar vurduğumuzu düşünürəm".

Santuş Canni De Byazinin matçdan öncə özü ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Mən onun yox, futbol federasiyasının sayəsində baş məşqçi olmuşam. Portu şərabı ilə bağlı məlumatım yoxdur. Amma təşkil edə bilərəm. yenə deyirəm, çox yaxşı baş məşqçiniz var".

Təcrübəli mütəxəssis Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri ilk matçla bugünkü qarşılaşmanı müqayisə edib: "Bu oyunda erkən qollar vurduq. Rəqib bizimlə ilk matçdan fərqli, bu dəfə 4-3-3 sxemi ilə oynadı. Düşünürəm ki, əsas fərq bunda idi".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”