Obradoviç Azərbaycanı bütün Avropada biabır etdi!

7 Sentyabr 2021 21:55 Milli komanda 1 460
Obradoviç Azərbaycanı bütün Avropada biabır etdi!

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi zövbəti oyununu keçirib.

Milan Obradoviçin baş məşqçisi olduğu yığma AVRO-2023-ün seçmə mərhələsində ikinci matçına çıxıb.

İlk görüşündə Xorvatiyaya 0:2 hesabı ilə uduzan millimiz Avstriya önündə də aciz qalıb.

Yığmamız səfər sınağında darmadağına üzülüb. İlk yarıda üç cavabsız qol buraxan futbolçularımız görüşün sonlarında daha üç dəfə meydanın mərkəzindən başlamalı olub.

Qrupumuzun bu gün başa çatan digər oyununda Xorvatiya Finlandiyanı 2:0 hesabı ilə məğlub edib. Estoniya – Norveç matçı isə davam edir.

Millimiz növbəti oyunlarını oktyabrın 8-də Finlandiya, 12-də Xorvatiyaya qarşı keçirəcək. Hər iki matç Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq.

Avstriya – Azərbaycan 6:0
Qollar: Ç.Adamu, 3; 40. E.Ayvu, 19. R.Şmid, 85. T.Anselm, 90; 90+3.
Baş hakim: Amin Kurqheli (Belarus).
Rid. “Kayne Zorgen Arena”.

Avstriya: 1. Niklas Hedl, 2. Luka Kronberger, 3. Leo Qreyml, 5. Flavius Danilyuk (k), 8. Vesel Demaku, 9. Çikvubuike Adamu, 10. Romano Şmid, 13. Nikolas Seyvald, 17. Yonas Auer, 18. Patrik Vimmer, 22. Emanuel Ayvu.
Ehtiyat oyunçular: 12. Lukas Qütlbauer, 3. David Affenqruber, 6. Kristofer Klarer, 7. Aleksandr Prass, 11. Mamadu Ballo, 16. Lukas Sulzbaxer, 19. Matteus Taferner, 20. Tobias Anselm, 21. Lion Şuster.
Baş məşqçi: Verner Qreqoriç.
Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Elçin Mustafayev, 4. Mert Çelik, 6. Ədilxan Qarəhmədov, 7. Turan Vəlizadə, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 15. Camal Cəfərov, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 21. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 3. Arsen Ağcabəyov, 5. Rauf Hüseynli, 8. Səbuhi Abdullazadə, 10. Veysəl Rzayev, 14. Vüsal Əsgərov, 16. Fərid Yusifli, 19. Kamran Quliyev, 23. Asim Əlizadə.
Baş məşqçi: Milan Obradoviç.

1

Avstriya

3

2

0

1

9-3

6

2

Xorvatiya

2

2

0

0

4-0

6

3

Norveç

1

1

0

0

3-1

3

4

Finlandiya

2

1

0

1

3-2

3

5

Estoniya

2

0

0

2

0-5

0

6

Azərbaycan

2

0

0

2

0-8

0

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"