Siz uduzmayın, bizdən böyük pul alın

7 Sentyabr 2021 11:40 Milli komanda 1 413
Siz uduzmayın, bizdən böyük pul alın

Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 5-ci matçında Portuqaliyanı qəbul edəcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Dörd turdan sonra aktivində cəmi 1 xal olan yığmamız bu gecə məğlubiyyətlə üzləşməsə, AFFA-dan böyük məbləğdə mükafaat əldə edəcək.

Federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov dünən Bakı Olimpiya Stadionunda futbolçularla bir araya gəlib və onlarıı müjdələyib.

O, konkret rəqəm açıqlamasa da, bildirib ki, qələbə və ya heç-heçə halında kifayət qədər yüksək vəsait alacaqlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti