"Milli komandamıza hər zaman uğurlar arzulamışam. İstəmişəm hər zaman qabaqda olsun. Oyunlarda qələbələr qazanaq. Amma qələbəyə ümid deyilən şey məndə yoxdur. Bəlkə də kimlərdəsə var, amma məndə yoxdur".
Bunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Portuqaliya ilə bu gün baş tutacaq qarşılaşması haqqında Sportinfo.az-a danışan Zaur Ramazanov deyib.
Ramazanov Milli komandamızın İrlandiya səfərində əldə etdiyi bərabərlikdən (1-1) sonra inkişafdan danışanlara xatırlatam etməyi də unutmayıb:
"Seçmə mərhələ başa çatır, De Byazi hələ indi də kim harda daha yaxşı oynayar deyə yoxlanış aparır. Portuqaliyanı hamı bilir ki, güclü rəqibdir.
Bu oyundan nəsə gözləmək çətindir. Onsuz da, seçmə mərhələlərdə biz hər zaman senssasiyalar edirik. 10 oyun keçirilir.
Mümkün deyil ki, bunun ikisin də heç-heçə baş verməsin. Biri İrlandiyada baş verdi. Biri də yəqin ki, haçansa baş verər. Amma Portuqaliyaya qarşı inanmıram ki, bu da baş versin".
Veteran hücumçu De Byazinin milli komandamıza aşıladığı sistemi tənqid edib:
"De Byazi gələn gündən milli komanda oturub müdafiədə. Oyunu arxadan qurururq. Bəzən komandanı 8 müdafiəçi ilə oyuna çıxarır.
Bu adam uduzmağı istəmir. Belə oynamaqla da ən yaxşı halda heç-heçə ola bilər. Gah top dirəyə dəydi, gah bir topla uduzduq, gah heç-heçə sonda əldən çıxdı demək hamısı bəhanələrdi. O da alınmır.
Çünki qurduğu sistem artıq futbolda yoxdur. Həmin oyun 1941-ci ildə qaldı. Yerli mütəxəssis belə sistemlə oynatsa deyəcəkdilər bunun futboldan başı çıxmır. İtaliyan edir deyə çoxu elə bilir futbolumuza yeni sistem gətirib. Amma boş-boş şeylərdi".
Ramazanov əcnəbi baş məşqçilərin milli komandamıza təyinatlarını "AFFA-nın oyunu" adlandırıb:
"Biri gedir, biri gəlir. Öz başımızı aldadırıq. AFFA özü elə bilir ki, kimlərinsə başını aldadır. Orda bizim yerli məşqçimiz olmlıdır. İşlər düzgünlüklə aparılmalıdır.
Kimsə kimisə millinin üzərindən satmaq istəyir. Biri deyir ki, flankəs mənim oyunçumdur. Onu oynadırlar ki, başqa harasa transfer olunsun. AFFA-da bu şeylər qurtarmayınca bizdə futbol alınmayacaq".

