Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.
Bu komandalar arasında sentyabrın 3-də keçirilmiş oyun Türkiyə millisinin 4:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

