Elxan Məmmədov gəldi, gördü, getdi - FOTOREPORTAJ

7 Sentyabr 2021 09:00 Milli komanda 1 562
Elxan Məmmədov gəldi, gördü, getdi - FOTOREPORTAJ

Azərbaycan millisi Bakıda Portuqaliyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu öncəsi sonuncu məşqə çıxıb.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Məşqdə yığmanın zədəli futbolçuları Maksim Medvedev və Rüstəm Əhmədzadə, həmçinin cəzalı Anton Krivotsyuk iştirak etməyib.

Hazırlıq prosesini izləyənlər arasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da olub.

Sentyabrın 7-də BOS-da oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti