"Qələbə üçün hər şey edəcəyik" - Namiq Ələsgərov

6 Sentyabr 2021 20:30 Milli komanda 667
"Qələbə üçün hər şey edəcəyik" - Namiq Ələsgərov

"Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün hər şeyi edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi fərqli mövqelərdə oynamasının onun üçün problem yaratmadığını bildirib: "Əvvəllər də fərqli mövqelərdə çıxış etmişəm. Harada oynamağımdan asılı olmayaraq, komandama kömək etməyə çalışıram".

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək. (Report)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti