"Milli komandamızdan hər şey gözləmək olar"

6 Sentyabr 2021 23:00 Milli komanda 1 361
"Milli komandamızdan hər şey gözləmək olar"

Sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi doğma meydanda Portuqaliyanı qəbul edəcək.

Hazırda "Kəpəz"də çalışan təcrübəli futbol mütəxəssisi Yaşar Vahabzadə oyunla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb

Sitat: "Portuqaliyaya qarşı oyunda milli komandamızdan hər şey gözləmək olar (gülür). Komandamıza ağır oyunda uğurlar arzu edirəm. Bir neçə əsas heyət üzvü zədəlidir. Çox istərdim ki, İrlandiyada olduğu kimi istəkli və əzimkar oyun sərgiləsinlər.

Futbolda udmaq da, uduzmaq da olar. Əsas odur meydanda istək və mübarizə göstərə biləsən. Düşünürəm ki, rəqibin Portuqaliya olması da futbolçularımıza əlavə motivasiya verəcək".

Azərbaycan - Portuqaliya matcı sabah Bakı Olimpiya Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti