"Portuqaliya millisindən xal ala bilərik"

6 Sentyabr 2021 22:20 Milli komanda 802
"Portuqaliya millisindən xal ala bilərik"

"İlk öncə milli komandamıza uğurlar arzu edirəm. İnşallah, Azərbaycan xalqını, futbol ictimaiyyətini sevindirərlər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında milli komandamızın Portuqaliya ilə oyunu haqqında danışan Elvin Məmmədov deyib.

Uzun illər milli komandamızın şərəfini qorumuş təcrübəli futbolçu Lüksemburq millisi ilə oyunda ən azı bir xal götürməli olduğumuzu deyib: "Lüksemburqla oyunda ən azı bir xal itirdik. Qələbə də qazana bilərdik. İkinci hissə çox yaxşı oynamışdıq.

İrlandiya ilə oyunda isə komandamız layiqincə mübarizə apardı. Üç xal qazanmağa az qalmışdı. Amma bir xal götürmək də yaxşı nəticədir".

Məmmədov sabahkı oyun barədə danışarkən özünün Portuqaliya millisinə qarşı keçirdiyi oyunları da yada salıb: "Milli komanda üçün sabah ən ağır oyunlardan biridir. Özüm də Portuqaliyaya qarşı oynamışam. Həqiqətən bu rəqiblə oyunda səviyyə öz sözünü deyir. Futbolçularımız yaxşı mübarizə aparsa, hər top uğrunda başını qoysa yaxşı nəticə niyə də olmasın? Çünki futbolda hər şey mümkündür. Ən azından xal ala bilərik. Gənc komandamız var. Legionerlərimizin sayı artdıqca daha da yaxşı olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti