"Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır"

6 Sentyabr 2021 17:50 Milli komanda 1 126
"Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır"

“Azərbaycanın futbolçuların tək-tək təhlil etməmişik".

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis mətbuat konfransında sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya yaxşı hazırlaşdıqlarını söyləyib:

“Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında.

Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Çalışacağıq sabah yaxşı təşkilatlanmış komanda kimi oynayaq.

Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayırlar, bəzən isə əksinə. Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti