De Byazinin qərarına reaksiya - "Burada olmaq çox gözəl hissdir"

6 Sentyabr 2021 19:00 Milli komanda 1 188
De Byazinin qərarına reaksiya - "Burada olmaq çox gözəl hissdir"

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə dünən daha bir futbolçu dəvət olundu.

Müdafiəçilərdən Maksim Medvedev və Anton Krivatsyukun sabahkı oyunda olmayacağını nəzərə alan baş məşqçi Canni De Byazi "Keşlə"nin mərkəz müdafiəçisi Şəhriyar Əliyevi son anda heyətə cəlb etməyi məqsədə uyğun bilib.

O, milli komandaya dəvət olunması ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Milli komandada oynamaq şərəfdir. Bu, hər kəsin arzusudur. Mən də hər zaman oyunlarda özümü yaxşı tərəfdən göstərməyə çalışıram ki, milli komandaya dəvət alım. Dünən milliyə aldığım dəvət üçün də çox sevincliyəm.

Əlbəttə, şans veriləcəyi təqdirdə Portuqaliya ilə oyunda bütün gücümlə oynamağa çalışacam. Həqiqətən milli komandada olmaq çox gözəl hissdir".

Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti