Millidən ikisi getdi, biri gədi – DÜŞƏRGƏDƏ VƏZİYYƏT

6 Sentyabr 2021 09:00 Milli komanda 1 800
Millidən ikisi getdi, biri gədi – DÜŞƏRGƏDƏ VƏZİYYƏT

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı vərəqə cəzalısı olduğu üçün yığmanın qarşıdakı oyununda iştirak etməyəcək.

Əvəzində millinin düşərgəsinə yeni oyunçu dəvət olunub. “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev komandaya qoşulub.

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti