Maksim Medvedev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə baş tutacaq oyunu buraxa bilər.
Sportinfo.az-ın məlumatına görə, buna səbəb kapitanın zədəsinin ciddi olmasıdır.
İrlandiya ilə oyunu da sona kimi keçirə bilməyən təcrübəli müdafiəçi 70-ci dəqiqədə yerini Abbas Hüseynova vermişdi.
Maksimin Portuqaliya ilə görüşdə oynayıb-oynamayacağına həkimlər oyun günü qərar verəcək.
Azərbaycan - Portuqaliya görüşü 7 sentyabr Bakı Olimpiya Stadionunda keçiriləcək.

