İrlandiya ilə səfərdə bərabərə (1-1) qaldığımız oyundan sonra yenə "millimiz dünən yaxşı oynadı" fikri asimana bülənd olub.
Hətta bir qədər də qabağa gedib, qələbəni əldən verdiyimiz üçün üzüntü keçirənlər də var. Ki, De Byazninin yetirmələri dünən 3 xala layiqmiş.
Heç olmasa elə həmin tərif edib, cəh-cəh vurduğununuz millinin qapıçısı Şahruddin Məhəmmədəliyevdən utanın. Daha dəqiqi onun etdiyi seyvlərin sayından.
UEFA DÇ-2022-nin seçmə mərhələsinin 5-ci turunda dünən keçirilən oyunlardan sonra statistik göstəriciləri açıqlayıb.
Mllimizin qapıçısı Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısındadır.
Və Şahruddinin də olduğu siyahıda digər qapıçılardan biri Cəbəllüttariqdən Deyl Kolinqli (25 seyv), digəri isə San Marinonun çərçivə qoruyucusu Elia Benedettinidir (21seyv).
Deməli, bu statistika onu göstərir ki, rəqiblərin kim olmasından asılı olmayaraq hər oyun bizi topla "döyür"lər.
Hətta San Marinonun qapısına bizim millisinin qapısından az top gedib. Yəni bir San Marino qədər də deyilik. Elə bu statistika hər şeyi demirmi?
Uçurumun sonuna gəlmişik, bəylər. Bizi burdan saxta təriflər, yalançı ümidlər yox, qapıçının seyvləri ilə bərabər, həm də hücumçuların qolları xilas edə bilər. O da mərkəz xəttini doğru-düzgün keçə bilsək.
Xanoğlan İmanov

