DÇ-2022-nin seçmə mərhələsində öz meydanında Azərbaycan ilə heç-heçə edən (1:1) İrlandiya yığmasının düşərgəsində qalmaqal yaşanıb.
Hadisə “Aviva” stadionunda baş tutan qarşılaşmadan sonra paltardəyişmə otağında olub.
Baş məşqçi Stiven Kenni zəif oyuna görə komandasını sərt tənqid edib, 1:1-i “biabırçılıq“ adlandırıb. O, ad çəkməsə də, bəzi futbolçuların millinin formasını geyinməyin məsuliyyətini hiss etmədiyini bildirib.
Çalışdırıcının bu sözləri oyunçuların xoşuna gəlməyib. Onlardan bir neçəsi əllərindəki su qabını yerə çırparaq, əsəbi halda paltardəyişmə otağını tərk edib.
İrlandiya yığmasının uğursuz çıxışı yerli azarkeşlərin də narazılığına yol açıb.
Fanatlar Stiven Kennini istefaya səsləyib. Bununla yanaşı, futbol ictimaiyyəti və azarkeşlər sosial şəbəkə vasitəsilə yaradılan “KennyOut” həştəqinə dəstək verib.
İrlandlar Kenninin rəhbərliyi altında keçirdiyi 15 oyunun yalnız 1-də qələbə qazana bilib.
SPORTİNFO.AZ

