Emin Avropanı özünə heyran etdi, amma… VİDEO+FOTOREPORTAJ

5 Sentyabr 2021 09:00 Milli komanda 2 996
Emin Avropanı özünə heyran etdi, amma… VİDEO+FOTOREPORTAJ

Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.

Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib.

23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qolla hesabı açıb.

İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb.

81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.

Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.

Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti