Azərbaycan millisi – Qələbəyə 60 min, heç-heçəyə 30 min manat

4 Sentyabr 2021 20:00 Milli komanda 1 621
Azərbaycan millisi – Qələbəyə 60 min, heç-heçəyə 30 min manat

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirəcək.

İrlandiya ilə oyunun baş tutacağı 4 sentyabr təqvimdə yığmamız üçün uğurlu sayılan nadir günlərdən biridir.

Komandamız indiyədək sentyabrın 4-də 4 qarşılaşma keçirib və uduzmayıb. Aktivində 2 qələbə və 2 heç-heçəsi olan milli bütün görüşlərdə qol da vurub.

Düzdür, hər iki qələbə San-Marino üzərindədir. Lakin heç-heçələr Portuqaliya və Uelslə matçlara təsadüf edib.

4 sentyabr 1999. Bakı. AÇ. Azərbaycan – Portuqaliya 1:1
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels 1:1
4 sentyabr 2016. DÇ. San Marino. San Marino – Azərbaycan 0:1
4 sentyabr 2017. DÇ. Bakı. Azərbaycan - San Marino 5:1

Seriyanın davami axşam Dublində gələrsə, millimizin futbolçuları 30-60 min manat civarında pul əldə edəcək.

Bu, AFFA-nın qələbə (60 min) və heç-heçə (30 min) qarşılığında komanda üzvlərinin hər birinə ödəyəcəyi məbləğdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti