“Rubin”in yarımmüdafiəçisi Leon Musayevin milliləşdirilməsi üçün AFFA danışıqları davam etdirir.
Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə görüşlər müsbət cərəyan edir.
Müdafiənin mərkəzində də çıxış etməyi bacaran Musayev assosiasiyanın təklifinə isti yanaşır.
AFFA onunla bərabər Rusiya Premyer Liqasında mübarizə aparan daha bir oyunçunun milliləşdirilməsinə çalışır.
Söhbət Moskva “Dinamo”sunun yetirməsi olan və bu ilin yayında “Ural”a transfer olunan hücumçu Mixail Ağayevdən gedir. 21 yaşlı ön xətt oyunçusu razılıq versə, U-21 yığmamızın növbəti toplanışına dəvət olunacaq.
Həm Leon Musayev, həm də Mixail Ağayev Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarının formasını geyinib.

