UEFA bu briqadanı göndərmək qərarına gəldi – Millimizin oyununa

4 Sentyabr 2021 14:20 Milli komanda 698
UEFA bu briqadanı göndərmək qərarına gəldi – Millimizin oyununa

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində Avstriya ilə matçının hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA A qrupunun II turu çərçivəsində səfərdə baş tutacaq görüşə Belarusdan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Sentyabrın 7-dəki qarşılaşmanı Amine Kurqeli idarə edəcək. Ona Yuri Xomçenko və Viktor Getskov kömək edəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov icra edəcək.

“Kiene Sorgen Arena”da keçiriləcək Avstriya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yığmamız qrupdakı ilk oyununda Xorvatiyaya 0:2 hesabı ilə məğlub olubsa, Avstriya Estoniya üzərində eyni hesabla qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti