"Qərar vermişəm, ancaq indi açıqlaya bilmərəm"

4 Sentyabr 2021 11:20 Milli komanda 1 079
"Qərar vermişəm, ancaq indi açıqlaya bilmərəm"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bunları söyləyib:

“Ağır nəticədən sonra bura gəlmişik. Lüksemburqla oyunun ikinci hissədə keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu.

İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq. Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir, amma bu, bəhanə olmamalıdır.

Evə yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə əldə etmək üçün maksimum gücümüzü nümayiş etdirməliyik.

Heyətlə bağlı demək olar ki, qərar vermişəm, ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq.

Təbii ki, əvvəlcə onların fiziki vəziyyətinə və necə bərpa olunmalarına baxmalıyıq. Heç bir oyun asan olmur. Bu cür ardıcıl oyunlarda bərpa olunmaq çox vacibdir.

Lazımı nəticə ilə evə qayıtmaq istəyiriksə, sabah birinci saniyədən son saniyəyədək mübarizə aparmaq vacibdir. Bu 3 oyun bizim üçün asan deyil”.

İtaliyalı mütəxəssis məğlubiyyətdən sonra futbolçularını növbəti oyuna necə kökləməsindən də danışıb:

“Bu hər bir insanın başına gələ bilər. Hər bir məğlubiyyətdən sonra insanın ürəyində revanş hissi qalır.

Elə bil, sənə bir yumruq vururlar, sən də qaytarmaq istəyirsən. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanın bayrağını zirvələrə qaldıraq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti