"Sanki sənə yumruq vururlar, bunu qaytarmaq istəyirsən" - Canni De Byazi

3 Sentyabr 2021 20:50 Milli komanda 593
"Sanki sənə yumruq vururlar, bunu qaytarmaq istəyirsən" - Canni De Byazi

"Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla matçın ikinci hissəsində keyfiyyətli oyun göstərə bildik.

Hissələr arasında böyük fərq oldu. Sabah son saniyəyədək mübarizə aparmalıyıq.

Qrupumuzda bütün komandalar reytinq baxımından bizdən öndədir. Amma buna fikir vermirik. Evə yaxşı nəticə ilə dönmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə İrlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis artıq start heyətini müəyyənləşdirdiyini söyləyib:

"Lüksemburqla görüşün ikinci hissəsində oynayanların çoxu meydana çıxacaq. Amma əvvvəlcə onların vəziyyətinə baxmalıyıq. Qarşıdakı iki oyun asan keçməyəcək".

65 yaşlı baş məşqçinin sözlərinə görə, məğlubiyyət hər bir insanın başına gələ bilər: "Hər məğlubiyyətdən sonra insanın ürəyində revanş hissi qalır.

Sanki, sənə yumruq vururlar, bunu qaytarmaq istəyirsən. Amma sabah bunu çox ağıllı şəkildə etməliyik".

Sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti