"Düşünürəm ki, milli komandamız normal oyun sərgilədi. Çünki qarşısında biz düşündüyümüz zəif Lüksemburq komandası deyildi. Bu gün rəqib heyətində müxtəlif ölkələrin oyunçuları oynayır. Futbol hər saniyə inkişaf edir. Lüksemburq imkan vermədi ki, komandamız qələbə qazansın. Təəssüflər olsun ki, məğlub olduq. Futbolun bu üzü də var. İrəli baxmaq lazımdır. Qarşıdan bizi daha çətin oyunlar gözləyir. İnanıram ki, De Byazi bu oyundan nələrsə çıxarıb, qarşıdakı oyunlarda uğurlu çıxış etmək üçün istifadə edəcək".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin Dünya Çempionatının seçmə mərhələsində Lüksemburqa məğlubiyyətini şərh edən Xəqani Məmmədov deyib.
Milli komandamızın sabiq üzvü De Byazinin geniş müzakirələ yol açan heyət seçimindən də danışıb: "Heyət barədə baş məşqçi daha yaxşı bilir. Çünki milli komandaya toplanan oyunçular hərəsi bir yerdən gəlir. Və onların fərqli problemi ola bilər. Məsələn, yol problemi, zədə problemi və ya yorğunçuluq ola bilər. Baş məşqçi bunların hamısın nəzərə alıb əsas heyəti qurur. Məncə, baş məşqçi hər şeyi nəzərə alaraq ən yaxşı heyəti meydana buraxır".
Veteran hücumçu Əli Qurbaninin millidə çıxışını zəif qiymətləndirib: "Əli Qurbani aşağı səviyyədə oyun keçirdi. Bunun sistemlə bağlamazdım. Çünki "Sumqayıt" da milli komandanın sistemi ilə oynayır. Mövsüm yeni başlayıb. Buna görə ola bilər ki, formada deyil. Amma millidə zəif təsir bağışladı".

