"Dünən seçmə mərhələdə ilk oyunumuza çıxdıq. Çətin olacağını bilirdik. Ona görə də yaxşı hazırlaşmışdıq. Rəqibin heyətində yüksək keyfiyyətli futbolçular vardı. Səhv etmirəmsə, heyətdə Bundesliqada, A seriyasında oynuyan futbolçular çıxış edirdi. Oyunun ilk dəqiqələrində buraxdığımız qol bizi geriyə oturmağa məcbur etdi. Bu səbəbdən rəqib üstünlüyü ələ aldı. İnşallah, növbəti oyunlarda daha yaxşı çıxış etmək lazımdır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında 21 yaşlılardan ibarət yığma komandamızın qapıçısı Nicat Mehbalıyev deyib.
AVRO-2023-ün seçmə mərhələsi çərçivəsində xorvatiyalı həmyaşıdları ilə qarşılaşan U-21 yığmamız 0:2 uduzub.
Məğlubiyyətə rəğmən matçın ən yaxşılarından olan və bir neçə epizodda komandasını real qoldan xilas edən Mehbalıyev öz çıxışı ilə bağlı isə bunları deyib: "Bir məşqçim vardı. Hər zaman deyirdi ki, əgər sən Azərbaycan milli komandasının qapısında duracaqsansa, ancaq bacardığın topları yox, bacarmadıqlarını da çıxartmalısan ki, komandaya kömək edə biləsən. Dünənki oyunda bunu bacara bilmədim. Oyunumundan çox narazı qaldım. Etdiyim çıxarışlarla bağlı ona deyə bilərəm ki, işimiz budur. Daha artığını etmək lazımdır".

