De Byazi istefaya göndərilsə, milli kimə tapşırılacaq?

3 Sentyabr 2021 20:00 Milli komanda 3 402
De Byazi istefaya göndərilsə, milli kimə tapşırılacaq?

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində növbəti məğlubiyyəti Lüksemburqdan aldı.

A qrupunda yer alan komandamız səfərdə rəqibinə 1:2 hesabı ilə uduzdu.

İndi Avropa zonası üzrə seçmə mərhələnin arxada qalan hissəsində yalnız 9 ölkə xal qazana bilməyib. 55 yığmanın mübarizə apardığı tsiklin uğursuzlarından biri də Azərbaycan millisidir.

Canni de Byazinin baş məşqçisi olduğu komanda bütün görüşlərdə minimal fərqlə uduzması ilə təsəlli tapa bilər. Amma istənilən halda, Portuqaliya (0:1), Serbiya və Lüksemburqla (hər ikisi 1:2) matçlar aktivimizə xal gətirməyib.

Uğursuz “doqquzluq”da olan yığmamızla eyni durumda olanlar müxtəlif sayda oyun keçirib. Cəbəllütariq (G) dörd, İrlandiya (A), Andorra, San-Marino (İ), Lixtenşteyn (J) üç, Kosovo (B), Litva (C) və Estoniya (E) iki qarşılaşmada uduzub.

A qrupunun xalsızları Azərbaycanla İrlandiya sentyabrın 4-də üz-üzə gələcək. Komandamız daha sonra Portuqaliyanı qəbul edəcək.

Uğursuz gedişat AFFA rəhbərliyini B variantı üzərində baş sındırmağa tələsdirir. De Byazı ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi yönündə müzakirələr hələ Lüksemburq səfərindən öncə başlayıb.

Biz artıq bu barədə oxucularımıza geniş məlumat vermişik. Son 2 gündə hər şey olduğu yerdə qalmayıb, hadisələr inkişaf etməkdədir.

Son xəbər budur ki, federasiya rəsmiləri italyan çalışdırıcını müvəqqəti olaraq kiminlə əvəzləyəcəyini müəyyənləşdirib.

Bu, onun köməkçisi, Nikola Yurçeviçin məşqçilər korpusunbda da yer almış Arif Əsədovdur. Milli növbəti 2 turda da xal qazanmasa, De Byazi istefa ərizəsi yazmalıdır – ona belə bir xəbərdarlıq edilib.

Qərarın ictimaiyyətə açıqlanma forması da məlumdur: “Baş məşqçi öz istəyi ilə vəzifəsindən gedib”. Belədə Əsədov seçmə mərhələnin sonunadək italyanın səlahiyyətlərini yerinə yetrəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti