Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız AVRO-2023-ün seçmə mərhələsində mübarizəyə başlayıb.
Milan Obradoviçin baş məşqçisi olduğu komanda Xorvatiya ilə görüşüb. Matç Velika Qoritsa şəhərində baş tutub.
Qarşılaşmanın taleyi ilk 45 dəqiqədə həll olunub. Millimizin qapısından iki top keçirən meydan sahibləri seçmə mərhələyə qələbə ilə başlayıb. Yığmamız isə tsikə qolsuz və xalsız start verib.
Millimiz növbəti oyununu sentyabrın 7-də səfərdə Avstriyaya qarşı keçirəcək.
A qrupu
2 sentyabr
Xorvatiya – Azərbaycan - 2:0
Qollar: Suçiç, 10, Simiç, 24
Baş hakim: Denis Şurman (Ukrayna)
Velika Qoritsa. Şəhər stadionu
Xorvatiya: 12. İvor Pandur, 3. David Kolina, 4. Bosko Sutalo, 5. Yosip Sutalo, 6. Bartol Franyiç (k), 7. Antonio Marin, 10. Luka Suçiç, 13. Kresimir Krizmaniç, 14. Lukas Kaçavenda, 18. Stipe Biuk, 22. Roko Şimiç.
Ehtiyat oyunçular: 1. Dominik Kotarski, 8. Yuriça Prşir, 9. Marin Lyubiçiç, 11. Yosip Mitroviç, 16. Adrian Liber, 17. İvan Dolçek, 19. Qabriel Vidoviç, 20. Denis Buşnya, 21. Nikola Soldo.
Baş məşqçi: İqor Bişçn.
Azərbaycan: 22. Nicat Mehbalıyev, 4. Mert Çelik, 5. Rauf Hüseynli, 8. Səbuhi Abdullazadə, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Cəlal Hüseynov, 16. Fərid Yusifli, 17. Rüfət Abdullazadə, 21. İsmayıl Zülfüqarlı, 23. Asim Əlizadə.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Elçin Mustafayev, 3. Arsen Ağcabəyov, 6. Ədilxan Qarəhmədov, 7. Turan Vəlizadə, 14. Vüsal Əsgərov, 15. Camal Cəfərov, 19. Kamran Güliyev, 20. Bəşir Aylarov Bəşir.
Baş məşqçi: Milan Obradoviç.
|
1 |
Avstriya |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
2 |
Xorvatiya |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
3 |
Norveç |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
|
4 |
Finlandiya |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
|
5 |
Azərbaycan |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |
|
6 |
Estoniya |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |

