"İstərdim ki, bütün futbolçularım əllərindən gələni etsin.
5 əvəzetmə haqqımız var. Kimlər fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək".
Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın baş məşqçisi Canni De Byaziyə aiddir.
Bu gün Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburqun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
İtalyan çalışdırıcı deyib ki, vaxt komandanın daha yaxşı çıxış etməsinə çox kömək ola bilər: "Bir gündə hər şeyi dəyişmək olmaz. Artıq daha çox inanmağa başlayırıq.
Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram".

