“Azərbaycan möhkəm komandadır, şans 50 faizdir”

1 Sentyabr 2021 19:30 Milli komanda 830
“Azərbaycan möhkəm komandadır, şans 50 faizdir”

“Azərbaycan millisi möhkəm komandadır.

Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir”.

Sportinfo.az xəbər verir ki, bunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunöncəsi Lüksemburqun baş məşqçisi Lük Holts deyib.

O, bildirib ki əsas hədəfləri qələbədir: “Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq.

Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk qarşılaşmadan qalib ayrılaraq azarkeşlərimizi sevindirək.

Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.

Lüksemburq futbolçusu Danel Sinani isə komandanın görüşə tam hazır olduğunu qeyd edib: “Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim.

Amma bu qarşılama üçün komanda olaraq oyuna tam hazırıq. Rəqibin mübariz, döyüşkən komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!