“Azərbaycan döyüşkən komanda olsa da, qalib gəlməyə çalışacağıq”

1 Sentyabr 2021 19:10 Milli komanda 1 182
“Azərbaycan döyüşkən komanda olsa da, qalib gəlməyə çalışacağıq”

Lüksemburq millisinin yarımmüdafiəçisi Danel Sinani DÇ-2022-nin seçmə mərhələsində yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu millimiz haqda müsbət fikirlər səslədirməklə yanaşı, qələbə əzmində olduqlarını da bildirib:

“Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim. Amma bu qarşılama üçün komanda olaraq oyuna tam hazırıq.

Rəqibin mübariz, döyüşkən komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti