SON DƏQİQƏ: AFFA De Byazini istefaya göndərmək niyyətindədir – BUNLARI ETMƏSƏ

1 Sentyabr 2021 16:20 Milli komanda 2 245
SON DƏQİQƏ: AFFA De Byazini istefaya göndərmək niyyətindədir – BUNLARI ETMƏSƏ

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlara start veriləcək.

9 gün ərzində üç turun matçları baş tutacaq.

A qrupunda yer alan Azərbaycan da növbəti sınağına çıxacaq. İlk 3 turda xal qazana bilməyən Canni de Byazinin komandası dördüncü matçını səfərdə keçirəcək.

Futbolçularımız Lüksemburqun qonağı olacaq və ilk xal üçün mübarizə aparacaq. Qrupda son pillədə qərarlaşan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməlidir.

Millimiz bunadək Portuqaliyaya 0:1, Qətərə 1:2, Serbiyaya 1:2 hesabı ilə uduzub. Qarşıdakı 3 turda da məğlubiyyət qeydə alınarsa... De Byazi vəzifəsi ilə vidalaşmaq təhlükəsi ilə üzləşəcək.

Sportinfo.az-a bu barədə məlumat AFFA-dan daxil olub. Federasiyadan redaksiyamıza sızan informasiyaya görə, italiyalı çalışdırıcının məsələsi rəhbərlik səviyyəsində geniş müzakirə olunub.

İlk 3 turdakı uğursuzluğu baş məşqçiyə keçən qurum mənsubları növbəti 3 oyunun həlledici mahiyyət daşıdığı fikri ətrafında ortaq məxrəcə gəlib.

İşdir, komanda bu görüşlərin, heç olmasa, ikisində xal və ya xallar əldə edilməsə, apenninli çalışdırıcı ilə müqaviləyə vaxtından əvvəl - birtərəfli qaydada xitam veriləcək.

Çünki komandanın hər uğursuz nətixəsi AFFA-ni ictimfi təzyiqlə üz-üzə qoyur: istər yuxari dairələr, istərsə də azarkeşlər tərəfindən federasiyaya yönəlik tənqidlər artır.

Millətlər Liqasında qazandığı qeyri-kafi nəticələrlə ona bəslənilən ümidləri yerə vuran, daha sonra DÇ-2022-yə 3 məğlubiyyətlə start verən De Byazi xarici mediaya açıqlamaları ilə AFFA-nın da gözündən düşüb.

Burada daha ona ilk vaxtlardakı kımı isti münasibət bəslənilmir. Italyan sükançı bunu görür və mövqelərinin zəiflədiyini anlayır.

Gələn 3 turda minimum 2 xal toplamalıdır ki, başı üzərində toplaşmış qara buludları nisbətən özündən uzaqlaşdırsın.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti