"Güclü futbolçuları var, diqqətli oynamalıyıq"

1 Sentyabr 2021 01:00 Milli komanda 1 173
"Güclü futbolçuları var, diqqətli oynamalıyıq"

"Bizi çətin oyun gözləyir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev səfərdə Lüksemburqa qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

27 yaşlı qolkiper bildirib ki, rəqibin heyətində güclü futbolçular var: "Bu səbəbdən diqqətli oynamalıyıq. Meydanda əlimizdən gələni edəcəyik".

Sentyabrın 1-də Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti