De Byazi dedi ki, komandasında…

1 Sentyabr 2021 00:50 Milli komanda 1 552
De Byazi dedi ki, komandasında…

"Qrupda 3-cü oyunumuza çıxacağıq. Çox vacib qarşılaşmadır.

Hazırda xalımız yoxdur. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun göstərəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Lüksemburqa qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis artıq start heyəti müəyyənləşdirdiyini bildirib: Meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Yaxşı başlamaq istəyirik".

De Byazinin sözlərinə görə, komandası ilk növbədə istəkli olmalıdır: "Bunun üzərində işləmişik. Komandamız getdikcə daha da inkişaf edir.

Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq".

Sentyabrın 1-də Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti