Azərbaycan millisi sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxacaq.
A qrupunda yer alan komandamız geridə qalan 3 tur ərzində hələlik xal toplamayıb və sonuncu sırada yer alıb.
Yığma sabah Lüksemburqun qonağıdır. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Canni De Byazının çalışdırdığı kollektiv səfərdən qələbə ilə dönərsə, AFFA tərəfindən böyük mükafat alacaq.
Əsas heyətdə meydana çıxan futbolçuların hər biri 40 min manat qazanacaq. Heç-heçə edəcəkləri təqdirdə, 20 min manata qane olacaqlar.
SPORTİNFO.AZ

