De Byazi QALMAQALLI SÖZLƏRə görə AFFA tərəfindən danlandı

29 Avqust 2021 17:40 Milli komanda 2 502
De Byazi QALMAQALLI SÖZLƏRə görə AFFA tərəfindən danlandı

AFFA millinin baş məşqçisi Canni de Byazini tənbeh edib.

Buna səbəb onun "Biancocelesti" telekanalına verdiyi açqlamadır.

Belə ki, DÇ-2022-dəki şansları dəyərləndirən 65 yaşlı mütəxəssis yığmamızın potensialı haqda xoşagəlməz tərzdə danışıb:

"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq.

3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".

A qrupunda yer alan Azərbaycan millisi 0 xalla sonuncudur. AFFA mənsubları italyan mütəxəssisin söylədikləri fikirlərin futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir göstərəcəyini bildirib.

Federasiya rəsmiləri DÇ-2022-nin qarşdakı oyunları ərəfəsində bu kimi açıqlamalarin yolverilməz olduğunu 65 yaşlı çalışdırıcının diqqətinə çatdırıb və ondan belə məsələlərdə ehtiyatlı olmasını istəyib.

De Byazi isə iddia edib ki, onun fikirləri bir qədər təhrifə məruz qalıb və bununla bağlı telekanala öz etirazını bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti