De Byazidən ŞOK AÇIQLAMA - O, millimizə inanmır!

28 Avqust 2021 16:40 Milli komanda 1 892
De Byazidən ŞOK AÇIQLAMA - O, millimizə inanmır!

"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq".

bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Biancocelesti" telekanalına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsindəki şansları dəyərləndirərkən deyib.

A qrupunda yer alan və 2 oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu sırada qərarlaşıb. İtaliyalı mütəxəssis final mərhələsinə vəsiqə qazanmaq şanslarının olmadığını bildirib:

"İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək.

Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti