Ronaldo Bakıda oynamayacaq? - "Problemi olsaydı, ona icazə verərdim"

28 Avqust 2021 11:00 Milli komanda 989
Ronaldo Bakıda oynamayacaq? - "Problemi olsaydı, ona icazə verərdim"

"Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq.

Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu, milli üçün daha pisdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş İrlandiya və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis Kriştianu Ronaldonun durumu haqqında danışıb:

"Onun zədəli olub-olmadığını bilmirəm. Mən bunu yalnız xəbərlərdə görmüşəm. Əminəm ki, sağlamdır. Çünki millinin həkimləri bizə heç nə bildirməyib. Əgər hər hansı problemi olsaydı, ona icazə verərdim".

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti