Hazırlaşın, Ronaldo Bakıya gəlir! - FOTO

26 Avqust 2021 19:20 Milli komanda 870
Hazırlaşın, Ronaldo Bakıya gəlir! - FOTO

Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlar, həmçinin Qətərlə yoldaşlıq matçı üçün heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş siyahıya 25 oyunçu daxil edib.

Onların arasında "Yuventus"da çıxış edən Kriştianu Ronaldo da var.

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

Qapıçılar: Antoni Lopeş ("Lion", Fransa), Ruy Patrisiu ("Roma", İtaliya), Dioqu Koşta ("Portu")

Müdafiəçilər: Juan Kanselu ("Mançester Siti", İngiltərə) Rikardu Pereyra ("Lester", İngiltərə), Qonsalu İnasiu, ("Sportinq"), Dominquş Duarte ("Qranada", İspaniya), Pepe ("Portu"), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Rafael Gerreyru ("Borussiya" Dortmund, Almaniya), Nunu Mendeş ("Sportinq")

Yarımmüdafiəçilər: Danilu Pereyra (PSJ, Fransa), Juan Palinya ("Sportinq"), Ruben Neviş, Joau Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Juan Mariu ("Benfika"), Otaviu Menteiro ("Portu") Bernardu Silva ("Mançester Siti", İngiltərə)

Hücumçular: Andre Silva ("Leyptsiq", Almaniya), Kriştianu Ronaldo ("Yuventus", İtaliya), Dioqu Jota ("Liverpul", İngiltərə), Qonsalu Gedeş ("Valensiya", İspaniya), Pedru Qonçalveş ("Sportinq), Rafa Silva ("Benfika")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti