Sumqayıtlılar əvvəl finləri, sonra xorvatları gözləyir - Saat 20:30-da

25 Avqust 2021 22:40 Milli komanda 1 310
Sumqayıtlılar əvvəl finləri, sonra xorvatları gözləyir - Saat 20:30-da

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi iki ev oyununun başlanma saatı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında keçirəcəyi ilk qarşılaşmalar eyni saatda başlayacaq.

Millimiz oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya komandasını qəbul edəcək.

Hər iki qarşılaşma saat 20:30-da başlayacaq. Bu matçlar Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti