Millinin məşqçi korpusunda Dmitrii Kramarenkonu kimin əvəzləyəcəyi bilinib.
Sportinfo.az-ın məlumatına görə, yığmanın qapııçılar üzrə çalışdırıcı vəzifəsi Rauf Mehdiyevə həvalə olunub.
Vaxtilə ölkənin bir nömrəli komandasının da formasını geyinmiş Mediyevlə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanb.
Bir neçə il millidə çalışmış Dmitrii Kramrenko bundan sonra yalnız Moskva MOİK-də fəaliyyət göstərəcək. O, bir müddət əvvəl iki iş yeri arasında seçim edib və Rusiya klubu ilə müqaviləsini uzadıb.
Rauf Mehdiyevin təqdimatı Canni Dey Byazi tərəfindən dəstəklənib. İtaliyalı baş məşqçi onun barədə AFFA rəsmilərindən məlumat alandan sonra işbirliyinə müsbət yanaşıb.

