Millimizin üzvü Polşada ilk qolunu vurdu

14 Avqust 2021 21:00 Milli komanda 1 011
Millimizin üzvü Polşada ilk qolunu vurdu

Polşa çempionatında 4-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plok) bu turda səfərdə “Pyast”la qarşılaşıb və 3:4 hesabı ilə uduzub Krivotsyuk da bu görüşdə iştirak edib.

O, start heyətdə meydan daxil olub və sonadək oynayıb. Millimizin üzvü 38-ci dəqiqədə 0:2 hesabı ilə geridə olan komandasının 1-ci qolunu vurub.

O, eyni zamanda 79-cu dəqiqədə qol ötürməsi də verib. Beləliklə, Anton Polşa təmsilçisində ilk qolunu vurub. “Visla” hazırda 3 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti