Millimizə dəvət göndərdilər, qəbul olundu

14 Avqust 2021 11:40 Milli komanda 1 706
Millimizə dəvət göndərdilər, qəbul olundu

19 yaşlılardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək.

Sportinfo.az-n məlumatna görə, milli bu məqsədlə sentyabrın 2-də Serbiyaya yola düşəcək.

Klxan Abdullayevin çaalışdırdığı kollektiv burada 3 matça çıxacaq. Komandamız ev sahibləri ilə yanaşı, Macarıstan və Monteneqroya qarşı mübarizə aparacaq.

Bundan əvvəl Bakıda təlim-məşq toplanışı keçən U- 19 hazırlıq çərçivəsində 2 yoxlama oyununu keçirib. Milli “Dalğa Arena”da gürcüstanlı yaşıdları ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı oyun Azərbaycan yığmasının qələbəsiylə yekunlaşıb. U-19-un heyətində 40-cı dəqiqədə Mirmövsüm Canıyev və 66-cı dəqiqədə Berkay Vardar fərqlənib.

Bu komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyun 3:2 hesabı ilə gürcülərin xeyrinə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti