“Belə vəziyyət həm bizə, həm də futbolçulara çox pis təsir edir”

10 Avqust 2021 22:40 Milli komanda 928
“Belə vəziyyət həm bizə, həm də futbolçulara çox pis təsir edir”

“Hələ komandanı tam formalaşdırmamışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında 19 yaşlılardan ibarət yığmanın baş məşqçisi Elxan Abdullayev deyib.

Bakıda təlim-məşq toplanışı keçən U- 19 hazırlıq çərçivəsində 2 yoxlama oyununu keçirib. Milli “Dalğa Arena”da gürcüstanlı yaşıdları ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı oyun Azərbaycan yığmasının qələbəsiylə yekunlaşıb. U-19-un heyətində 40-cı dəqiqədə Mirmövsüm Canıyev və 66-cı dəqiqədə Berkay Vardar fərqlənib.

Bu komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyun 3:2 hesabı ilə gürcülərin xeyrinə başa çatıb.

E.Abdullayev bildirib ki, “FİFA pəncərəsi” olmadığı üçün ölkə xaricindən heç bir futbolçunu düşərgəyə çağıra bilməyib:

“Sentyabrda belə bir imkan olacaq. Bir neçə futbolçu var ki, onlar daim diqqət mərkəzimdədir. Onları gələn toplanışa çağıracam.

Gürcülərlə oyunlar göstərdi ki, hələ görəcəyimiz işlər var.

Səhv etmirəmsə, aşağı yaş qruplarından ibarət yığmalarımız indiyədək gürcülərə qalib gələ bilməmişdi. Istər rəsmi, istərsə də yoxlama oyunları olsun.

Biz onları hər iki qarşılaşmada da uda bilərdik. Öz səhvlərimizdən, heç nədən qollar buraxdıq.

Bu uşaqların çoxunda beynəlxalq təcrübə çatmır. Həyacan da açıq-aşkar hiss olunur.

Pandemiyaya görə bu uşaqlar demək olar ilyarınm futbol oynamayıb. Belə vəziyyət həm biz məşqçilərə, həm də futbolçulara çox pis təsir edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti