Azərbaycan millisinin baş məşqçisi Polşaya niyə yollandı?

8 Avqust 2021 20:40 Milli komanda 1 549
Azərbaycan millisinin baş məşqçisi Polşaya niyə yollandı?

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşaya yollanıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən yığma üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.

Krivotsyukun çıxış etdiyi Plotsk "Visla"sı çempionatın 3-cü turunda avqustun 9-da “Radomiak” klubu ilə qarşılaşacaq.

Emrelinin formasını geyindiyi “Legiya” isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunuda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək. Bu görüş avqustun 10-da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti