AFFA-nı arxayın etdi - Millidəki işindən ayrılmayacaq

4 Avqust 2021 21:40 Milli komanda 1 034
AFFA-nı arxayın etdi - Millidəki işindən ayrılmayacaq

Canni de Byazi Azərbaycan millisini tərk etməyəcək.

Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.

İtalıyalı baş məşqçi haqqında yayılan son xəbərlərlə bağlı federasiya mənsubları ilə əlaqə saxlayıb.

Söhbət Ukrayna mətbuatın yazdıqlarından gedir. Yerli həmkarlarımızın yazdığına görə, italyan mütəxəssis adıçəkilən ölkənin millisində işləyə bilər.

Andrey Şevçenko ilə yenicə yollarını ayıran Ukrayna Futbol Assosiasiyası yeni çalışdırıcı axtarışlarına başlayıb.

Qurumun siyahısında bir neçə ad var ki, onlardan biri də 65 yaşlı de Byazidir. Onunla yanaşı, Sergey Rebrov, Miron Markeviç və Yurgen Klinsmann da danışıq aparılması nəzərdə tutulan mütəxəssislərdir.

Bir ara adı Polşa millisi ilə hallanan Canni de Byazi İtaliya klubu “Sampdoriya”nın da maraq dairəsində olub.

O, AFFA-nı əmin edib ki, Azərbaycanda işləməkdən məmnundur və heç kimlə danışıqlar aparmır. Apenninli çalışdırıcı müqavilə müddətinin sonunadək burada qalacağını vəd edib.

Digər Xəbərlər
Xəbər Lenti